Bank Of Baku

Husilər Ben Qurion hava limanına raket zərbəsi endiriblər

Husilər Ben Qurion hava limanına raket zərbəsi endiriblər
# 02 iyul 2025 01:47 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri İsrailin paytaxtı Tel-Əvivdəki Ben Qurion hava limanına raket zərbəsi endiriblər.

APA xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya açıqlama verib.

"Raket qüvvələrimiz “Fələstin-2” hipersonik ballistik raketindən istifadə edərək, Yaffanın işğal olunmuş ərazisində Ben Qurion hava limanına raket zərbəsi endirib. Əməliyyat öz məqsədinə nail olub", - o “Al-Masirah” telekanalına bildirib.

O, həmçinin hərəkatın İsrailin Aşkelon, Təl-Əviv və Eylat şəhərlərinə PUA-larla hücum etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR