Bank Of Baku

Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib

Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib
# 16 sentyabr 2025 22:44 (UTC +04:00)

Yəməndəki husilər İsrailin Təl-Əviv şəhərindəki obyektlərdən birinə hipersəs ballistik raketi ilə zərbə endirdiklərini bəyan ediblər.

APA xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriyə məlumat verib.

“Yəmən silahlı qüvvələrinin raket birləşmələri “Fələstin-2” hipersəs ballistik raketindən istifadə etməklə hərbi əməliyyat həyata keçirib. Raket Təl-Əvivdə düşmənin mühüm obyektini hədəf alıb və əməliyyat uğurla başa çatıb”, – Səriə “Al Masirah” telekanalına açıqlamasında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR