Bank Of Baku

İran parlamentinin üzvü: "Avropa ölkələri öz öhdəliklərinə geri dönsələr, biz də öhdəliklərimizə qayıdacağıq"

İran parlamentinin üzvü: "Avropa ölkələri öz öhdəliklərinə geri dönsələr, biz də öhdəliklərimizə qayıdacağıq"
# 04 sentyabr 2019 13:56 (UTC +04:00)

"İran hətta Avropa ölkələrindən 15 milyard dollar alsa belə, Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı üçüncü addımı qətiyyətlə atacaq". 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhruz Bərzegər deyib. 
Avropa ölkələrinin İrana 15 milyard dollar pul verməsi haqqında vədi dəyərləndirən Ş.Bərzegər qeyd edib ki, əgər Avropa ölkələri öz öhdəliklərinə geri dönsələr,  İran da öhdəliklərinə qayıdacaq: "Hazırkı şəraitdə Avropa ölkələri əməldə addım atmadığından üçüncü addımı atmamağımız üçün səbəb yoxdur”.  
Qeyd edək ki, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, İran 15 milyard dolları aldıqdan sonra  4+1 ölkələri ilə müzakirə aparmağa hazırdır: “Avropa ölkələrinin  sentyabr ayının 7-dək  hansısa müsbət addım atacağı inandırıcı deyil, ona görə də  İran təyin olunmuş vaxtda üçüncü addımı atacaq”.

Xatırladaq ki, İran xarici işlər nazir Məhəmməd Cavad Zərif ölkəsinin Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atacağı addımın üçüncü mərhələsinin sentyabrın 6-da başlayacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR