Bank Of Baku

İdlibdə hərbi aerodroma naməlum uçuş aparatı ilə hücum edilib

İdlibdə hərbi aerodroma naməlum uçuş aparatı ilə hücum edilib
# 18 avqust 2026 11:04 (UTC +04:00)

Suriyanın İdlib vilayətindəki “Əbu-Duhur” hərbi aerodromu naməlum uçuş aparatının hücumuna məruz qalıb.

Bu barədə anonim təhlükəsizlik mənbəsi AFP-yə məlumat verib.

Tələfat barədə məlumat verilməyib.

Hücumla bağlı heç kim məsuliyyəti öz üzərinə götürməyib.

İsrail ordusu AFP-nin sorğusuna cavab verməkdən imtina edib.

Qeyd edək ki, hücuma məruz qalan hərbi aerodrom 2012-ci ildən bəri istifadə edilmir.

Xatırladaq ki, İsrail son iki il ərzində Suriyaya dəfələrlə hava hücumları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR