Bank Of Baku

Mərakeşdə ABŞ-İsrail istehsalı “Anthem” raketi sınaqdan keçirilib

Mərakeşdə ABŞ-İsrail istehsalı “Anthem” raketi sınaqdan keçirilib
# 17 avqust 2026 23:42 (UTC +04:00)

Mərakeşin Tan-Tan şəhəri yaxınlığındakı hərbi poliqonda ABŞ-İsrail birgə layihəsi olan “Anthem” uzaqmənzilli raketinin sınaqları keçirilib.

Bu barədə Mərakeşin “Hespress” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, raketin sınağı avqustun 6-da Tan-Tan bölgəsində uğurla həyata keçirilib. Döyüş atışlarının da yer aldığı ilk sınaqlarda Afrika Çoxprofilli Təlim və Eksperimental Mərkəzinin (AMTEC) imkanlarından istifadə olunub. Təlimlərdə ABŞ və Mərakeş kral silahlı qüvvələrinin hərbçiləri iştirak ediblər.

“Hespress” yazır ki, ABŞ və İsrail istehsalı yeni uzaqmənzilli raketin kommersiya istifadəsinə 2027-ci ilin əvvəlində başlanması gözlənilir.

“Anthem” raketi bahalı ABŞ istehsalı “Tomahawk” raketlərinə daha ucuz alternativ kimi nəzərdən keçirilir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, “Anthem” uzun qanadları, xarici reaktiv mühərriki və ön optik sistemi ilə fərqlənir. Ballistik raketlərdən fərqli olaraq, “Anthem” aşağı hündürlükdə və demək olar ki, düz trayektoriya üzrə uçur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR