Pakistanın həbsdə olan sabiq Baş naziri İmran Xan səhhəti ilə bağlı narahatlıqlar fonunda Ali Məhkəmənin qərarı ilə xəstəxanaya köçürülüb.
APA xəbər verir ki, 73 yaşlı Xan Ravalpindidəki Adiala həbsxanasından İslamabadın Şifa Beynəlxalq Xəstəxanasına aparılıb.
Qeyd edək ki, məhkəmə avqustun 18-də Xanın 48 saat ərzində xəstəxanaya köçürülməsini və onun şəxsi həkiminin də daxil olduğu tibbi heyət tərəfindən müayinə edilməsini tapşırıb.
Qərara onun səhhətinin pisləşməsi, xüsusilə sağ gözündə görmə qabiliyyətinin ciddi zəifləməsi ilə bağlı narahatlıqlar səbəb olub.