Bank Of Baku

İndoneziyada 5,3 bal gücündə zəlzələ olub

İndoneziyada 5,3 bal gücündə zəlzələ olub
# 14 sentyabr 2025 20:39 (UTC +04:00)

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 67 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR