Paşha Bank
Bank Of Baku

İndoneziyada batan “Virgo Transport 8” gəmisində ölənlərin sayı 78-ə çatıb

İndoneziyada batan “Virgo Transport 8” gəmisində ölənlərin sayı 78-ə çatıb
# 01 oktyabr 2026 10:12 (UTC +04:00)

İndoneziyada “Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına 1 000-dən çox xilasedici cəlb olunub. Əməliyyatların 18-ci günündə 186 nəfərin yeri müəyyən edilib. Onlardan 108 nəfər xilas olunub, 57 nəfər isə hələ də itkin hesab olunur.

Qeyd edək ki, sentyabrın 13-də Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmaşin şəhərinə hərəkət edərkən güclü fırtına zamanı itib. Gəmidə 30 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 243 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR