Bank Of Baku

İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub
# 06 aprel 2023 06:20 (UTC +04:00)

İndoneziya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Yeraltı təkanların episentri 47 700 nəfərin yaşadığı Luvuk şəhərindən 76 kilometr şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl ABŞ Geoloji Xidməti (USGS) Panama sahillərində 6,3 bal gücündə zəlzələnin qeydə alındığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR