Bank Of Baku

İndoneziyada qəzaya uğramış təyyarədə olanlardan 10 nəfərin meyiti tapılıb

İndoneziyada qəzaya uğramış təyyarədə olanlardan 10 nəfərin meyiti tapılıb
# 23 yanvar 2026 09:50 (UTC +04:00)

İndoneziyanın axtarış-xilasetmə qurumları bu gün ölkənin Cənubi Sulavesi əyalətində qəzaya uğramış təyyarədə olan 10 nəfərin hamısının meyitinin tapıldığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, İndoneziya Hava Nəqliyyatı Qrupuna məxsus ATR 42-500 tipli turbovintli təyyarə şənbə günü Cənubi Sulavesinin Maros bölgəsi üzərində hava hərəkətinə nəzarət xidməti ilə əlaqəni itirib.

Təyyarənin göyərtəsində yeddi ekipaj üzvü və üç sərnişin olub. Təyyarə İndoneziyanın Dənizçilik və Balıqçılıq Nazirliyi tərəfindən balıqçılıq sahələrində hava müşahidəsi aparmaq üçün icarəyə götürülübmüş. Sərnişinlər nazirliyin əməkdaşları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR