Bank Of Baku

İordan çayının qərbində atışma olub, 2 israilli ölüb

İordan çayının qərbində atışma olub, 2 israilli ölüb
# 20 avqust 2023 09:19 (UTC +04:00)

İordan çayının qərb sahilində Xuvar şəhərində silahlı hücum nəticəsində 2 İsrail vətəndaşı ölüb.

APA-nın xəbərinə görə, İsrail Ordusu məlumat yayıb.

Hadisə avqustun 19-da günün ikinci yarısında Xuvarda avtomobil yuma məntəqəsində baş verib. Ölənlər ata və oğuldur. İsrail Ordusu şübhəlilərin saxlanılması istiqamətində əməliyyat həyata keçirir, nəzarət-keçid məntəqələri quraşdırılıb.

Fələstinin WAFA agentliyi isə İsrail Ordusunun Nablus şəhərinə girişi bağladığı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR