İran ABŞ-a xəbərdarlıq edib

İran ABŞ-a xəbərdarlıq edib
# 14 aprel 2024 11:49 (UTC +04:00)

İran İsveçrə vasitəsi ilə ABŞ-a xəbərdarlıq edib.

APA-nın İran Dövlət Televiziyasına istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

İsveçrə vasitəsi ilə ABŞ-a xəbərdarlıq edilib ki, əgər Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləyərsə, ABŞ hərbi bazaları Tehranın hədəfi olacaq: “Biz buna təcavüz kimi baxacağıq və uyğun cavab verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR