Paşha Bank
Bank Of Baku

İran Argentinanın hərbi dəniz və hərbi hava qüvvələrini terror təşkilatı elan edib

İran Argentinanın hərbi dəniz və hərbi hava qüvvələrini terror təşkilatı elan edib
# 11 noyabr 2026 09:12 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyi Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları elan edib.

APA-nın Tehran bürosunun məlumatına görə, nazirliyin bəyanatında bildirilib ki, Argentina hökuməti beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

İran tərəfi buna cavab olaraq qarşılıqlı tədbirlər prinsipi əsasında Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini müvafiq qanuna uyğun olaraq terror təşkilatları elan edib.

İran Xarici İşlər Nazirliyi bu qərarın doğuracağı bütün nəticələrə görə məsuliyyətin Argentina hökumətinin üzərinə düşəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR