Bank Of Baku

İran Hörmüz boğazında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
# 31 avqust 2026 08:58 (UTC +04:00)

İran Hörmüz boğazı üzərində ABŞ-a məxsus “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

APA xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus uzunmənzilli “MQ-9” PUA-sının İranın müasir hava hücumundan müdafiə sistemlərinin raketləri ilə Hörmüz boğazı üzərində vurulduğunu açıqlayıb.

Məlumata görə, vurulan PUA daha sonra Fars körfəzinə düşüb.

Avqustun 13-də “Washington Post” ABŞ-ın İranla müharibə zamanı, xüsusilə Hörmüz boğazı ətrafında intensiv istifadə etdiyi “MQ-9 Reaper” tipli PUA-lardan azı 45-ni itirdiyini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR