Bank Of Baku

Nepalda daşqınlarda ölənlərin sayı 903-ə çatıb - YENİLƏNİB

Nepalda daşqınlarda ölənlərin sayı 903-ə çatıb - YENİLƏNİB
# 31 avqust 2026 09:16 (UTC +04:00)

Nepalda güclü daşqınlar nəticəsində həlak olanların sayı 903 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

Bildirilib ki, 4,2 mindən çox insan itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

07:28

Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü sel nəticəsində ölənlərin sayı 804-ə yüksəlib.

APA xəbər verir ki, 3300-dən çox şəxsdən isə hələ də xəbər yoxdur.

Axtarış-xilasetmə və meyitlərin identifikasiyası işləri davam etdirilir.

Səlahiyyətlilər Bhotekoşi çayında suyun səviyyəsinin yüksəldiyini və yeni sellərin baş verə biləcəyini bildirərək əhaliyə ehtiyatlı olmağı çağırıb.

ABŞ Nepalda 10 minə qədər ailəyə ərzaq yardımı da daxil olmaqla 3,6 milyon dollardan çox humanitar yardım göstərəcəyini açıqlayıb.

Mütəxəssislər fəlakətin dağlardan qopan buz parçalarının yaratdığı uçqunla əlaqəli olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR