Bank Of Baku

İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb

İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb
# 08 iyul 2026 20:29 (UTC +04:00)

ABŞ-ın İranın cənubunda bir sıra bölgələrə hücumları nəticəsində 8 hərbçi ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda ABŞ ordusunun hücumları zamanı İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Bəndər-Abbas və Buşehr vilayətlərində xidmət edən 8 hərbçisinin öldüyü bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ silahlı qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətinin bir sıra bölgələrini, o cümlədən Sirik, Qeşm və Bəndər-Abbas balıq bazarının yaxınlığında yerləşən balıqçılıq körpüsünü hədəf alıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da hücumlar nəticəsində öz hərbçilərindən birinin öldüyünü açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR