Bank Of Baku

İran parlamentində hicabla bağlı yeni qanunun müzakirəsi aparılmayacaq

İran parlamentində hicabla bağlı yeni qanunun müzakirəsi aparılmayacaq
# 29 dekabr 2022 18:21 (UTC +04:00)

İran parlamentinin gündəmində iffət və hicabla bağlı yeni qanunun müzakirəsi yoxdur.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin mədəniyyət komitəsinin sədri Əhməd Rastine deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rəfsəncan şəhər xalqının nümayəndəsi, İslam Şurasının Mədəniyyət Komissiyasının üzvü Hüseyn Cəlalinin hicaba dəvət üsulunun dəyişdirilməsi və hicabsız xanımların bank hesabının bağlanması iddiası ilə bağlı açıqlamaları verilmişdi. Bu açıqlama bəzilərində mədəniyyət komitəsində hicabla bağlı yeni qanun layihəsinin təsdiq üçün parlamentə çıxarılacağı düşüncəsini yaratmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR