Bank Of Baku

İran parlamentinin 47 deputatı koronavirusa yoluxub

İran parlamentinin 47 deputatı koronavirusa yoluxub
# 01 fevral 2022 15:31 (UTC +04:00)

İran parlamentinin 47 deputatı koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Müctəba Yusifi deyib.

O bildirib ki, ötən gün parlament nümayəndələrindən koronavirus testi götürülüb.

Onlardan 47 nəfərdə testin cavabı müsbət çıxıb.

M.Yusifinin sözlərinə görə, İranın Koronavirusla Mübarizə Qərargahının tövsiyəsi ilə parlamentin iclaslarına iki gün fasilə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR