İran Qətərdəki ABŞ bazasının vurulmasından sonra bəyanat yayıb

İran Qətərdəki ABŞ bazasının vurulmasından sonra bəyanat yayıb
# 23 iyun 2025 21:43 (UTC +04:00)

"ABŞ-ın İranın dinc məqsədli nüvə obyektlərinə qarşı hücumuna cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə SEPAH və "Xatəm əl-Ənbiya" komandanlığı ilə "Bərəkətül-Fəth" əməliyyatı çərçivəsində Qətərdəki Əl-Udeyd aviabazasına güclü raket zərbəsi endirib."

APA xəbər verir ki, bu açıqlama İran Silahlı Qüvvələrinin bəyanatında öz əksini tapıb.

Qeyd edək ki, baza ABŞ Hərbi Hava Qüvvələrinin qərargahı və ABŞ-ın regiondakı ən böyük hərbi obyektidir.

İran tərəfi həmçinin bildirib ki, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə hər hansı qəsd cavabsız qalmayacaq. İran regiondakı ABŞ bazalarını həssas nöqtələr adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR