Bank Of Baku

İran Ukraynanı Tehranın səbrini sınamamağa çağırıb

İran Ukraynanı Tehranın səbrini sınamamağa çağırıb
# 23 dekabr 2022 03:03 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya silah tədarükü ilə bağlı əsassız ittihamlarla Tehranın səbrini sınamamalıdır.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani məlumat verib.

Onun sözlərinə görə, İran Kiyevin Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı bəyanatlarını dəfələrlə təkzib edib.

Kənani qeyd edib ki, Tehran öz hərbi texnikasını münaqişə tərəflərinin heç birinə göndərməyib.

Diplomat Ukrayna prezidentini ABŞ-ın dəstəklədiyi ölkələrin taleyinə diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etdiyi qeyd olunur.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ordusu öz istehsalı olan dronlardan istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR