İran uranın zənginləşdirilməsini rəsmən 60%-ə çatdığını açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.
"Strateji Fəaliyyət Qanunu əsasında bu gün zənginləşməmiz rəsmən 60%-ə çatıb" -deyə B.Kamalvəndi deyib.
O qeyd edib ki, davamlı və fasiləsiz tədqiqat və inkişafla yanaşı, yeni nəsil sentrifuqaların təkmilləşdirilməsi də davam edir.