Bank Of Baku

İran uranı 84 faizə qədər zənginləşdirməsinə dair xəbərləri təkzib edib

İranın Atom Enerjisi İnstitutunun sözçüsü Bəhruz Kamalvəndi

© APA | İranın Atom Enerjisi İnstitutunun sözçüsü Bəhruz Kamalvəndi

# 20 fevral 2023 12:46 (UTC +04:00)

İran uranı 84% zənginləşdirdiyinə dair xəbərləri təkzib edib.

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi İnstitutunun sözçüsü Bəhruz Kamalvəndi deyib.

"İndiyədək biz uranı 60%-dən çox zənginləşməyə cəhd etməmişik. 60% zənginləşdirmədən yuxarı hissəciklərin olması, onun bu faizdən yuxarı zənginləşdirmə ilə istehsal demək deyil", - Kamalvəndi bildirib.
Qeyd edək ki, "Bloomberg News"un verdiyi xəbərə görə, AEBA İranda ötən həftə 84% zənginləşdirilmiş uran aşkar edib.
Kamalvəndi xəbəri "böhtan" adlandırıb və faktların təhrif edildiyini bildirib.
İran 2021-ci ilin aprel ayından uranı 60%-ə qədər zənginləşdirib. Üç ay əvvəl isə Fordo zavodunda da uranın zənginləşdirilməsinə başlanıb.

Qeyd edək ki, nüvə silahlarında saflıq dərəcəsi təxminən 90% olan urandan istifadə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR