Bank Of Baku

İran və İtaliya xarici işlər nazirləri regiondakı prosesləri müzakirə ediblər

İran və İtaliya xarici işlər nazirləri regiondakı prosesləri müzakirə ediblər
# 05 avqust 2026 19:53 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ilə İtaliyanın xarici işlər naziri Antonio Tayani arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, tərəflər söhbət zamanı regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Əraqçi italiyalı həmkarına İran və Oman arasında davam edən diplomatik prosesin son vəziyyəti barədə məlumat verib.

Nazirlər, həmçinin gərginliyin azaldılması məqsədilə siyasi və diplomatik təmasların, eləcə də regional əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR