Bank Of Baku

Ukraynanın ABŞ-dakı keçmiş səfirinə yeni ittiham irəli sürülüb

Ukraynanın ABŞ-dakı sabiq səfiri Olqa Stefanişina

© APA | Ukraynanın ABŞ-dakı sabiq səfiri Olqa Stefanişina

# 05 avqust 2026 16:45 (UTC +04:00)

Ukraynanın ABŞ-dakı sabiq səfiri Olqa Stefanişinaya Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən yeni ittiham irəli sürülüb.

Bu barədə "RBC-Ukrayna" məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, hazırda Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Stefanişina barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

Bildirilir ki, məhkəmə iclasının əvvəlində Stefanişinanın müdafiə tərəfi prosesin qapalı keçirilməsini xahiş edib.

Olqa Stefanişina isə yeni ittihama münasibət bildirərək sosial şəbəkədə yazıb ki, hüquq-mühafizə orqanlarının istənilən prosessual hərəkəti onların qanuni fəaliyyətinin bir hissəsidir və bu, şəxsin təqsirli olduğunun müəyyən edilməsi demək deyil.

“Bu hadisələrə sakit və emosiyasız yanaşıram”, - o qeyd edib.

Stefanişina əlavə edib ki, bir ildən artıq əvvəl bu iş üzrə qaldırılan məsələlərin, o cümlədən daşınmaz əmlakın bəyan edilməsi ilə bağlı sualların əksəriyyətinə artıq cavab verib.

Qeyd edək ki, Prezident Volodimir Zelenski bu il iyulun 3-də Olqa Stefanişinanın Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunması haqqında Fərman imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR