Bank Of Baku

Sibiqa: Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəf olacaq

Ukrayna xarici işlər naziri Andriy Sibiqa

© APA | Ukrayna xarici işlər naziri Andriy Sibiqa

# 05 avqust 2026 15:16 (UTC +04:00)

Rusiya Şimali Koreyaya məxsus raket komplekslərini Ukraynaya zərbələr endirmək üçün öz ərazisində yerləşdirərsə, həmin sistemlər Ukrayna ordusunun qanuni hədəfinə çevriləcək.

APA xəbər verir ki, bu bəyanatı Ukrayna xarici işlər naziri Andriy Sibiqa Latviyanın xarici işlər naziri Bayba Braje ilə keçirdiyi birgə mətbuat konfransında verib.

Bəyanat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyanın Voronej vilayətində Şimali Koreya raket bölməsinin yerləşdirildiyi barədə yaydığı məlumatın fonunda səsləndirilib. Məlumata görə, ümumilikdə 120 ədəd Şimali Koreya istehsalı olan ballistik raketin və 6 buraxılış qurğusunun yerləşdirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR