İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud görüşəcəklər.
APA-nın xəbərinə görə, İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə bildirib ki, tərəflər aprelin 6-da Pekində görüşmək barədə razılığa gəliblər.
Bu, Səudiyyə Ərəbistanı ilə İranın xarici işlər nazirləri arasında 7 ildən artıq müddətdə ilk rəsmi görüş olacaq.
Görüşdə əlaqələrin bərpası və səfirlərin mübadiləsi üçün tədbirlər müzakirə olunacaq.