ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planından artığını tələb etməsin.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Vyana müzakirələri ilə bağlı sualına cavabında deyib.
O bildirib ki, ötən 3 həftə ərzində müzakirələrin inkişafını müşahidə etdiklərini, bəzi məsələlər haqqında işlərin asta getdiyini söyləyib. "Əgər müzakirə tərəfləri Vyanaya qayıdarkən qərar qəbul etmiş olsalar və İranın tələblərini yerinə yetirsələr tez bir zamanda davamlı saziş əldə etmiş olacayıq"
O qeyd edib ki, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələbindən artığını istəməli deyil. “Biz də bu planın tələblərindən azına razı olmayacağıq.
S.Xətibzadə İrandan Türkiyəyə qaz nəqli boru kəmərində baş vermiş hadisə ilə bağlı bildirib ki, bu boru kəmərində baş verən texniki nasazlıqla bağlı Türkiyəli dostlar dərhal məlumatlandırılıb, Türkiyədən nümayəndələr gəlib, iki ölkənin əməkdaşlığı ilə problem tez bir zamanda həll olunacaq.
O bildirib ki, belə hadisələrin baş verməsi təbiidir və önəmli olan problemin tez bir zamanda həllinə çalışmaqdır.