Bank Of Baku

İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb

İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
# 11 sentyabr 2026 00:21 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, tərəflər telefon danışığı zamanı regionda baş verən son hadisələri, gərginliyin artmasını və regionda təhlükəsizliyin pisləşməsini, eləcə də bunun regional sülh və sabitliyə təsirlərini müzakirə ediblər.

Tərəflər həmçinin mövcud proseslər fonunda region ölkələrinin sayıqlıq və koordinasiyasının vacibliyini vurğulayıblar.

Onlar regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək üçün mövcud birgə imkanlardan istifadə edilməsinin əhəmiyyətini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR