Bank Of Baku

Türkiyə XİN: Ukraynada sülh Rusiya ilə Avropa arasında da yeni razılaşma tələb edir

Türkiyə XİN: Ukraynada sülh Rusiya ilə Avropa arasında da yeni razılaşma tələb edir
# 17 noyabr 2026 00:49 (UTC +04:00)

Ukraynada müharibənin başa çatdırılmasına dair mümkün sülh razılaşması yalnız Moskva ilə Kiyev arasında münasibətlərin nizamlanmasını deyil, Rusiya və Avropa arasında yeni təhlükəsizlik sisteminin formalaşdırılmasını da əhatə etməlidir.

“Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən nazirlər görüşündən sonra bildirib.

“Rusiya ilə Ukrayna arasında sülh yalnız bu iki ölkə arasında sülh olmayacaq. Bu, eyni zamanda Avropa ilə Rusiya arasında sülh deməkdir. Buna görə də Avropa ilə Rusiya arasında yeni təhlükəsizlik və sülh arxitekturasının necə olacağı aydın şəkildə müzakirə edilməlidir”, – Fidan deyib.

Nazirin sözlərinə görə, tərəflər indiyədək bu məsələ ilə bağlı mövqelərini əsasən ümumi şəkildə ifadə ediblər.

O bildirib ki, artıq Avropanın gələcək təhlükəsizlik sisteminin konkret mexanizmlərinin müzakirəsinə keçməyin vaxtıdır.

Fidan Türkiyənin bu istiqamətdə ciddi təkliflərinin olduğunu və onların maraqlı tərəflərə təqdim edildiyini vurğulayıb.

Türkiyə XİN rəhbəri Ukraynada sülhün əldə olunmasına əsas maneənin ərazi məsələsi olaraq qaldığını qeyd edib.

Onun sözlərinə görə, mümkün razılaşmada tərəflər arasındakı təmas xətti müəyyənləşdirilməli və təhlükəsizlik zəmanətləri nəzərdə tutulmalıdır.

Fidan əlavə edib ki, danışıqların gündəliyində Ukraynanın bərpası, Rusiyaya qarşı sanksiyaların gələcəyi və dondurulmuş Rusiya aktivlərinin taleyi də var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR