Bank Of Baku

İran XİN rəhbəri Qətərə gedib - YENİLƏNİB

İran XİN rəhbəri Qətərə gedib - YENİLƏNİB
# 31 oktyabr 2023 09:40 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətərə səfər edib.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran XİN başçısı ölkəsinin Fələstin məsələsi ilə bağlı diplomatik fəaliyyətini davam etdirmək və Qətər rəsmiləri ilə görüşmək məqsədilə Dohadadır.

Qətər rəsmiləri ilə görüşlərdə HAMAS-İsrail münaqişəsinin əsas müzakirə mövzusu olacağı planlaşdırılıb.

***

30.10.2023; 23:11

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrail-Fələstin arasındakı son hadisələrlə bağlı Qətər rəsmiləri ilə məslələhətləşmələr aparmaq üçün sabah Dohaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, İran xarici işlər nazirinin Qətərdən sonra Türkiyəyə səfəri planlaşdırılır.

Diplomat səfər zamanı Türkiyə rəsmiləri ilə Qəzzadakı vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR