Bank Of Baku

İran XİN: Tramp komandası ilə mesaj mübadiləsi etməmişik

İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi

© APA | İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi

# 27 yanvar 2025 12:50 (UTC +04:00)

Avropa ilə Rusiya arasında nüvə danışıqlarının formatı ilə bağlı fikir ayrılıqları var. Biz bu problemi həll etməliyik.

APA xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi ISNA-ya müsahibəsində deyib.


Diplomat Trampın İrana qarşı siyasəti ilə bağlı qarşılıqlı məsləhətləşmələr apardığını vurğulayıb: “Dostlarımızla məsləhətləşərək Trumpla necə davranacağımızı düşünürük. Biz Tramp komandası ilə mesaj mübadiləsi etməmişik”.

Nazir müavini Avropa İttifaqı ilə müzakirələrə də toxunub: “Biz Aİ ilə nüvə məsələsi və sanksiyalarla bağlı bəzi təfərrüatları müzakirə etdik. 1 ay ərzində yeni danışıqların baş tutmasını gözləyirik”.
“Biz Qərblə regional məsələlər haqqında danışırıq. Danışıqlara qeyri-nüvə məsələləri daxil etməyəcəyik. İranın zəif olması və danışıqlar zamanı güzəştə gedə biləcəyi iddiaları cəfəngiyyatdır”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR