Kriptovalyuta bazarında qiymətlərin azalması davam edir.
APA xəbər verir ki, “Bitcoin”in qiyməti 60 mindən də aşağı düşərək 59331 dollar təşkil edib.
Qeyd edək ki, “Bitcoin”in qiyməti son bir həftədə 10,29%, son 30 gündə isə 25,27% azalıb. Kriptovalyutanın bazar kapitallaşması 1,24 trln. dollar təşkil edib.