Bank Of Baku

İranda “Bəsic” üzvünün qətlində təqsirləndirilən 3 nəfərin edam hökmü ləğv edilib

İranda “Bəsic” üzvünün qətlində təqsirləndirilən 3 nəfərin edam hökmü ləğv edilib
# 03 yanvar 2023 14:01 (UTC +04:00)

İranın Ali Məhkəməsi “Bəsic” qüvvələrindən birinin qətlində iştirak etməkdə təqsirləndirilən üç nəfərin edam hökmünü ləğv edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu üç nəfər Tehranın ətraf ərazilərindən biri olan Kərəc qəbiristanlığında etirazlar zamanı “Bəsic” qüvvələrindən birini qətlə yetirməkdə təqsirləndirilib.

Həmin hadisə zamanı “Bəsic” qüvvələrindən biri öldürülüb və bu hadisənin videosunun yayılması geniş reaksiyalara səbəb olub.

İş üzrə 16 nəfər mühakimə olunub, ilkin qərarlara əsasən onların bəziləri edam, bəziləri isə həbs cəzasına məhkum edilib.

Bu gün həmçinin, Mazandaran Ədliyyə Məhkəməsi Növşəhr şəhərində etirazların başçılarından olan Məhəmməd Mehdi Məhəmmədifəri edama məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR