İranın Xuzetsan əyalətinin Abadan şəhərində çökmüş Metropol binasının qalan strukturu da uçub.
APA İRNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.
Əraziyə xilasedicilər cəlb olunub.
Qeyd edək ki, mayın 23-də Xuzestan əyalətinin Abadan şəhərində tikilməkdə olan 10 mərtəbəli ticarət mərkəzinin binasının bir hissəsi çökmüşdü.