Bank Of Baku

İranda havanın çirklənməsinə görə ölənlərin sayı açıqlanıb

İranda havanın çirklənməsinə görə ölənlərin sayı açıqlanıb
# 12 dekabr 2022 10:32 (UTC +04:00)

İranda ötən il havanın çirklənməsi ilə bağlı ölənlərin sayı 20 min 800 nəfər olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Abbas Şahsevəni deyib.

A. Şahsevəni bildirib ki, havanın çirklənməsi 8 milyard dollar iqtisadi ziyana səbəb olub, onun təsirləri isə ölkənin səhiyyə sisteminə 1 milyard dollar ziyan vurub.

O havanın çirklənməsinin artmasında ən mühüm səbəblərindən biri kimi köhnəlmiş avtomobilləri göstərib və ölkədəki avtomobillərin təxminən 45%-nin köhnə olduğunu bildirib.

Abbas Şahsevəni Tehranda və digər böyük şəhərlərdə ötən il ilə müqayisədə havanın çirklənməsinin artması ilə bağlı xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR