Bank Of Baku

İranda həbs olunan Fransa vətəndaşları casusluqda ittiham olunur

İranda həbs olunan Fransa vətəndaşları casusluqda ittiham olunur
# 25 oktyabr 2022 12:46 (UTC +04:00)

“Bu iş istintaq mərhələsindədir. İş üzrə həbs edilənlərə sui-qəsd, sövdələşmə, ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət və casusluq üzrə ittihamlar irəli sürülüb”.

APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayişi bugünkü mətbuat konfransında həbs olunan Fransa vətəndaşları barədə danışarkən deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən strateji məlumatlar əldə edilib: “İşin araşdırılması hələ də ədliyyə orqanlarının gündəmindədir. Tədqiqatlar davam edir”.

Nazirlik rəsmisi Evin həbsxanasında baş verən hadisəyə də münasibət bildirib. O diqqətə çatdırıb ki, hadisə ilə bağlı Tehran Baş prokurorluğunda iş qaldırılıb, cinayət törətmiş şəxslər müəyyən edilib və onlara qarşı ittiham irəli sürülüb: “Faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsi gələcəkdə açıqlanacaq. Bəzi məhbuslar həbsxananı tərk etməyə çalışsalar da, heç bir məhbus Evindən qaça bilməyib. Hadisə nəticəsində 8 nəfər ölüb. Eyni zamanda, 25 nəfərə cinayət işi açılıb”.

Nazirlik sözçüsü qeyd edib ki, ölkədəki iğtişaşlarla bağlı həbslərə görə məhkəmə prosesləri başlayıb: “Əsasən Tehran, Əlburz, İsfahan və Kürdüstan bu sahədə qabaqcıl olub. Prokurorluqdan işlər məhkəməyə göndərilib. Demək olar ki, son etirazlarda həbs olunan tələbələr azadlığa buraxılıb və onların az hissəsi həbsdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR