Bank Of Baku

​​​​​​​İranda hər saatda 2 nəfər yol qəzasında ölür

​​​​​​​İranda hər saatda 2 nəfər yol qəzasında ölür
# 12 yanvar 2022 12:29 (UTC +04:00)

İranda hər bir saatda 2 nəfər yol qəzasında həyatını itirir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol polisinin rəisi Seyid Kamal Hadanfər deyib.

O bildirib ki, İranda 37 milyon nəqliyyat vasitəsi, 44 milyon sürücü var: “Təəssüflə deməliyəm ki, ölkədəki qəzalarda ölənlərin 32 faizi sərnişinlərdir. Onlar təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün həyatlarını itirir. Qəzalarda sürücülərin 25 faizi təqsirkardır. Qəzalarda ölənlərin 24 faizini motosiklet sürənlər, 19 faizini isə piyadalar təşkil edir".

O qeyd edib ki, ölkədə hər bir saatda qəzalar nəticəsində 20-25 nəfər yaralanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR