İranda iki Bəsic (Bəsic Müqavimət Qüvvəsi) üzvünü öldürən Məcidrza Rəhnəvərd bu gün səhər Məşhəd şəhərində edam olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, o, iki Bəsic üzvünü bıçaqla öldürüb, daha 4 nəfəri isə yaralayıb.
Məhkəmənin qərarı ilə M.Rəhnəvərd əhalinin gözü qarşısında edama məhkum olunub və bu gün edam olunub.