İranın paytaxtı Tehranda İmam Xomeyni adına Beynəlxalq Hava Limanının internet saytına haker hücumu olub.
APA-nın Tehran bürosunun məlumatına görə, hücum "Anonymous” haker qrupu tərəfindən edilib.
Hazırda sayta girmək mümkün deyil.
Qeyd edək ki, Məhsa Əminin öldürülməsindən sonra İran xalqının ümummilli etirazlarına dəstək olaraq haker qrupu İslam Respublikasına qarşı kampaniyaya başladığını elan edib.