Bank Of Baku

İranda İsrailə casusluqda ittiham olunanlar həbs edilib  

İranda İsrailə casusluqda ittiham olunanlar həbs edilib  
# 21 aprel 2022 02:07 (UTC +04:00)

İranın xüsusi xidmət orqanları İsrailə casusluqda ittiham olunan 3 nəfəri ifşa edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi (Etellaat Nazirliyi) məlumat yayıb.

Məlumatda bildirilir ki, həbs olunan şəxslər toplanmış məlumatları İsrail kəşfiyyatı Mossada ötürməkdə ittiham olunurlar. Məhkəmə həmin şəxslər barədə həbs qərarı çıxarıb.

Həbs olunan şəxslərin kimliyi və hansı ölkənin vətəndaşı olması haqqında məlumat verilmir.

İRNA dövlət agentliyi həbs olunan şəxslərin İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində həbs olunduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR