Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında birgə müdafiə əməkdaşlığını nəzərdə tutan Məkkə sazişinin ratifikasiyasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.
APA xəbər verir ki, parlamentdə keçirilən müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.
Qeyd edək ki, saziş üç ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində müdafiə əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.