Bank Of Baku

İranda koronavirusa yoluxma halları artıb

İranda koronavirusa yoluxma halları artıb
# 07 aprel 2023 10:56 (UTC +04:00)

İranda yeni növ koronavirusa (COVID-19) yoluxma halları artıb.

APA IRNA-ya istinadən xəbər verir ki, bu barədə Koronavirus Qərargahının Elmi Komitəsinin üzvü Mino Mahrez bildirib.

Onun sözlərinə görə, statistika ölkədə koronavirusa yoluxma hallarının artdığını göstərir.

Mino Mahrez bildirib ki, xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayı da çoxdur.

“Omikron” ailəsindən olan yeni virus mutasiyaya görə, əvvəlki “omikron” nümunələrinə nisbətən ağciyərlərə daha çox təsir edir.

Son günlər koronavirusa yoluxma, xəstəxanaya yerləşdirilmə və ölüm hallarının artmasının ən mühüm səbəbi tibbi maskalardan istifadənin azalması və insanlar arasında fiziki məsafənin saxlanmasına etinasız yanaşılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR