Bank Of Baku

İranda polis məntəqələrinə və hərbi bazalara hücumlar olub, 10 nəfər ölüb - YENİLƏNİB-2

İranda polis məntəqələrinə və hərbi bazalara hücumlar olub, 10 nəfər ölüb - YENİLƏNİB-2
# 04 aprel 2024 07:04 (UTC +04:00)

Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı isə həlak olub.

APA xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsinin əməkdaşı, bir mühafizəçi və iki polis ölüb.

Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

İndiyədək beş terrorçunun öldürüldüyü təsdiqlənib.

Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən tamamilə mühasirəyə alınıb.

***

Saat 03:59

İranda iki polis məntəqəsinə edilən hücumda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

***

Saat 02:42

İranın cənub-şərqində polis məntəqələrinə hücumdam ölənlər var.

APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, terrorçularla davada hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.

Bundan əvvəl xəbər verilmişdi ki, Ceyş əl-Ədl terrorçuları İranda iki polis məntəqəsinə hücum ediblər.

***

Saat 02:16

İranın cənub-şərqindəki Sistan və Bələcistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

APA xəbərə verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olublar.

“Bir neçə dəqiqə əvvəl Rask və Çabahar polis bölmələrində terror aktı baş verib”, - deyə qubernatorun müavini Əlirza Mərhəməti bildirib.

Zərərçəkənlər barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR