İranda polis patrul postuna hücum olunub, xəsarət alan var.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis idarəsinin rəhbəri Xudarəhim Furuği deyib.
Onun sözlərinə görə, silahlı şəxslər Tərdəst postuna ezam olunan patrul xidmətinə hücum edib.
O qeyd edib ki, silahlı hücum zamanı bir polis zabiti yaralanıb.
Hazırda polis silahlı şəxslərin tapılması istiqamətində axtarışlar aparır.