Bank Of Baku

İranda polislə terror qruplaşması arasında silahlı toqquşma olub, 4 nəfər öldürülüb

İranda polislə terror qruplaşması arasında silahlı toqquşma olub, 4 nəfər öldürülüb
# 27 iyul 2026 18:56 (UTC +04:00)

İran polisi ilə terror qruplaşması arasında silahlı toqquşma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran polisinin sözçüsü ölkənin qərbində yerləşən Kürdüstan əyalətinin Bane şəhəri yaxınlığındakı sərhəd zolağında PJAK terror qruplaşmasına bağlı bir qrupun zərərsizləşdirildiyini açıqlayıb.

İran polisi bildirib ki, sərhədçilərlə PJAK terror qruplaşmasının üzvləri arasında baş verən silahlı qarşıdurma zamanı qruplaşmanın 4 üzvü məhv edilib.

Məlumata görə, hadisə yerində və avtomobildə aparılan baxış zamanı bir neçə tapança, daraqlar, döyüş sursatları və əl qumbaraları da daxil olmaqla xeyli sayda silah və hərbi sursat aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR