İranda prezident seçkilərinə Məsud Pezeşkian 42.6% səslə liderlik edir - YENİLƏNİB-3

İranda prezident seçkilərinə Məsud Pezeşkian 42.6% səslə liderlik edir  - YENİLƏNİB-3
# 29 iyun 2024 13:12 (UTC +04:00)

İranda növbədənkənar prezident seçkiləri davam edir. İndiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian yenə də liderdir.

APA xəbər verir ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir. 9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə isə Mustafa Purməhəmmədi dördüncüdür.

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq. Seçkilərin ikinci turunun iyulun 5-də keçirilməsi nəzərdə tutulur.

***

10.34

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

19 069 713 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 8 302 577 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 7 189 756 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 2 676 512 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 158 314 səslə dördüncü sırada qərarlaşıb.

Nəticələrə əsasən, iyulun 5-i seçkilərin ikinci turu nəzərdə tutulur.

***

07.46

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.



***
06:16

İranda növbədənkənar prezident seçkilərində 8,379 milyon səsin hesablanmasından sonra Səid Cəlili liderdir.

APA xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami “IRIB” telekanalında məlumat verib.

Məlumata görə, 58 min seçki məntəqəsindən 23 minində bülletenlərin hesablanması nəticəsində Cəlili 3,505 milyon, Məsud Pezeşkiyan isə 3,389 milyon səs toplayıb. Məhəmməd Bağer Qalibafa 1,116 milyon insan səs verib.



***
04:49

İranda keçirilən növbədənkənar prezident seçkilərinin ilk turunda səslərin ilkin hesablamalarından sonra Məsud Pezeşkian liderdir.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslaminin “IRIB” telekanalaında bildirdiyinə görə, ilkin məlumatlara görə, hazırda Pezeşkiyan 973 052, Səid Cəlili isə 963 615 səsə malikdir.

Üçüncü yeri 341,056 səslə Məhəmməd Baqer Qalibaf və 15,625 səslə Mustafa Purməhəmmədi tutur.

Ümumilikdə 2 372 866 səs hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR