İran hökuməti qış iğtişaşlarında iştirak etməkdə ittiham olunan şəxsi edam edib.
APA xəbər verir ki, bu barədə İran dövlət radio və televiziyası məlumat yayıb.
“Bu gün səhər qanunda nəzərdə tutulan prosedurlar həyata keçirildikdən və ölkə Ali Məhkəməsi hökmü təsdiqlədikdən sonra düşmənin muzdlu əsgərlərindən biri, Məcid Adine edam edilib”, –məlumatında deyilir.
Qeyd edək ki, İranda milli valyutanın dəyərdən düşməsi səbəbilə 2025-ci il dekabrın sonunda etirazlar başlayıb. Sonradan etirazlar iğtişaşlara və hakimiyyətə qarşı aksiyalara çevrilib.
Hadisələr devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra daha da genişlənib.