İranda prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB-1

İranda prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB-1
# 29 iyun 2024 00:36 (UTC +04:00)

İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

APA xəbər verir ki, səsvermə prosesi bütün məntəqələrdə 16 saatdan sonra başa çatıb və bütün seçki məntəqələrində səslərin hesablanması prosesinə başlanılıb.

İranda 14-cü müddətə prezidentlik uğrunda islahatçı millət vəkili Məsud Pezeşkian, İran Ali Rəhbərinin İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Parlament sədri Məhəmməd Baqer Qalibaf, Keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi mübarizə aparır.


***
22:34

İranda növbədənkənar prezident seçkilərində səsvermə daha iki saat uzadılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Seçkiyə gec gələnlərin səs verməsi üçün səsverməni daha iki saat - yerli vaxtla 00:00-a (Bakı vaxtı ilə saat 00:30-a qədər) qədər uzadılıb.

Artıq üçüncü dəfədir səsvermə müddəti iki saat uzadılır.

Seçkilərin ilkin nəticələri şənbə günü, rəsmi hesablama isə növbəti gün elan ediləcək.

Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyəcəyi halda səsvermənin ikinci turu iyulun 5-də keçiriləcək.



***
18:24

İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR