Bank Of Baku

İranda tədqiqat reaktorunun tikintisinə başlanılıb

İranda tədqiqat reaktorunun tikintisinə başlanılıb
# 27 oktyabr 2022 12:25 (UTC +04:00)

İranın İsfahan əyalətində 10 MVt-lıq tədqiqat reaktorunun tikintisinə başlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, tədqiqat reaktorunun tikintisinin təməlqoyma mərasimində İranın Atom Enerjisi təşkilatının sədri Məhəmməd İslami və digər rəsmilər iştirak edib.

Məlumata görə, bu reaktor yüngül su hovuzu tiplidir və yanacağı 20% zənginləşdirilmiş lövhə tipli olacaq.

Bu tədqiqat reaktorunun ən mühüm istifadə sahələri arasında nüvə yanacağı materiallarının sınaqdan keçirilməsini, tibbi və sənaye radioizotoplarının istehsalını, neytron şüalarının tədqiqatı və tətbiqinin inkişafını qeyd etmək olar.

Qeyd olunub ki, bu reaktorun layihələndirilməsi və tikintisi İranın nüvə sənayesi alimlərinin səyləri ilə tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR