Bank Of Baku

İranda tibb universiteti tələbələrinə hücum olub, 2 nəfər xəsarət alıb

İranda tibb universiteti tələbələrinə hücum olub, 2 nəfər xəsarət alıb
# 07 yanvar 2023 14:45 (UTC +04:00)

İranın Xuzestan əyalətinin Əhvaz şəhərində tibb universitetinin tələbələrinə hücum olub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gecə Əhvaz Tibb Universitetinin yataqxanasının yaxınlığındakı parkda baş verib.

Silahlı şəxslərin oğurluq məqsədi ilə 4 tələbəyə hücum etdiyi bildirilir. Tələbələrdən ikisi ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxslərdən bir neçəsinin saxlanıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR